Qeydiyyat Daxil ol

FAQ

 Saytımızda göstərilən sifariş et bölməsindən linkləri göndərdikdən sonra sifarişlərim bölməsində göndərdiyiniz məhsulun ödənişini edirsiniz. Ödənişi onlayn şəkildə istənilən kartla həyata keçirə bilərsiniz. Bağlamanızın çatdırılma haqqını isə bağlamanız Bakı anbarımıza daxil olduqdan sonra xidmətlər balansını onlayn artırmaqla ödəyəbilərsiz, ofisimizdə nağd şəkildə, və ya kuryerə ödəyə bilərsiniz.

 Bizim saytımızda ödənişsiz şəkildə qeydiyyatdan keçdikdən sonra onlayn alış-veriş zamanı ünvan bölməsində bizim xaricdəki anbarımızın ünvanı qeyd olunmalıdır. Satıcı firma isə sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırır, biz isə sizin bağlamanızı Azərbaycana gətiririk.

 Çatdırılma müddəti sifariş verdiyiniz onlayn mağazadan asılıdır. Bu müddət, adətən, 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Sizin bağlamanız bizim xarici anbardakı ünvanımıza çatdıqdan sonra 2-3 gün ərzində Azərbaycana göndərilir.

 Sifariş olunan bağlamaların çatdırılma haqqı əsasən fiziki çəkiyə görə hesablanır. Geyim və geyimlə əlaqəli aksesuar bağlamalarından başqa digər bağlamalarda həcm çəkisi fiziki çəkidən artıq olarsa bağlamanın daşınma haqqı həcm çəkisi üzrə hesablanır.  Həcm çəkisinin hesablanması  en* hündürlük* uzunluq / 6000 beynəlxaq poçt daşımaları formulasına əsasən müəyyən olunur. Bağlamalar birləşdirilmir və hər biri öz çəkisinə görə hesablanır.

 Onlayn mağazanın saytında almaq istədiyiniz məhsulun linkini tam şəkildə "sifariş edin" bölməsində "link yarat" xanasına əlavə edirsiniz və malın ölçüsünü, rəngini və sayını qeyd etməklə sifarişi yaratmış olursunuz. Sifarişinizin ödənişini etdikdən sonra bizim əməkdaşlarımız sizin sifarişinizin alışını həyata keçirir.

 Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər üçün rüsumsuz limit cari ay ərzində 300 ABŞ dolları təşkil edir.

Aşağıdakı məhsulların daşınmasına icazə yoxdur:

Yivli odlu silah növləri, döyüş sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.

Radioaktiv maddələr.

Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat.
Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
Canlı heyvanlar.
Bitki və toxumlar.
Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
Litium batareyalara sahib texnika, həmçinin dezodarantlar, spreylər.
 

Sualınız qaldı?

+994123100908

Bildirişlər

Heç bir bildirişiniz yoxdur