Qeydiyyat Daxil ol

Trendyoldan Sifariş, Türkiyədən həftədə 5 dəfə çatdırılma

servis

Trendyoldan Sifariş, Türkiyədən çatdırılma

Son illərdə E-ticarət sektoru insanlar tərəfindən daha böyük maraqla qarşılanır. Ölkədaxili onlayn sifarişlərdən əlavə ölkəxarici sifarişlər də bir xeyli tələb görür. Ona görə ki, fiziki mağazaya gedərək məhsul almaq əvəzinə onlayn sifariş etmək istifadəçilər üçün daha rahatdır. E-Ticarət platformaları hər nə qədər rahat olsa da bir digər önəmli məsələ məhsulun sürətli çatdırılmasıdır. Bu səbəblə istifadəçilər Amerika, Çin, Almaniya kimi uzaq ölkələrin yerinə Türkiyədən sifariş etməyi daha üstün tuturlar. Lakin sadaladığımız bu ölkələr, həmçinin Türkiyəyə məxsus E-Ticarət platformaları ölkəxarici çatdırılmalar etmir. Bu halda çatdırılma xidmətini karqo şirkətləri həyatə keçirir. Türkiyədən və həmçinin digər ölkələrdən məhsul sifariş etməyin ən əsas bir şərti var. O da budur ki, seçdiyiniz karqo şirkətinin həmin ölkədə anbarı olmalıdır. Bu halda istifadəçi məhsulu onlayn sifariş edərkən öz ünvanını yox, karqo şirkətinin o ölkə mövcud olan anbarının ünvanını yazmalıdır. Bu halda onlayn satış saytı sifariş edilən məhsulu karqo şirkətinin anbarına təslim edir. Karqo şirkəti də sifariş edilən məhsulu təyin edilən ölkəyə çatdırır.

İnsanların onlayn sifariş üçün ən çox Türkiyəni seçməsinin bəzi əsas səbəbləri var. Bunlardan ən önəmlisi Türkiyə bizə ən yaxın ölkə olduğu üçün karqo şirkətləri məhsulu sifarişçiyə daha tez çatdıra bilir. Həmçinin qısa məsafə olduğu üçün çatdırılma qiymətləri də daha münasib olur. Bir digər səbəb isə manat-lirə konversiyası zamanı əlavə xidmət haqqı və ya vergi tutulmur. Lakin başqa ölkələrdən sifariş edərkən manat-dollar, manat-avro konversiyalarında banklar müəyyən qədər faiz tuturlar. İstifadəçilər üçün bir digər önəmli məsələ budur ki, Türkiyədəki E-Ticarət platformaları artıq uzun müddətdir fəaliyyət göstərirlər. Bu platformaların məşhurluğu bizim ölkəmizə qədər gəlib çatıb. Buna görə də Türkiyədəki E-Ticarət platformaları müştərilər tərəfindən güvənilir hesab edilir.

Türkiyədən çatdırılma dedikə ağla gələn ilk E-Ticarət platforması Trendyoldur. Trendyol, mərkəzi ofisi İstanbulda olan Türkiyənin ən böyük E-Ticarət platformasıdır. 2010-cu ildə qurulan və əsas istiqaməti geyim satışı olan bu platforma hal-hazırda gün ərzində 1 milyondan daha çox satış edir. Trendyol hal-hazırda sadəcə geyim yox, mebel, kosmetika, mebel, qida və s. kateqoriyalarda da məhsul satışını təmin edir.

Trendyol-dan sifariş və çatdırılmanı təmin etmək üçün VIPex.Az karqo şirkəti olaraq bir çox xidmətlər təklif edirik. Xidmətlərimizdən istifadə etmək üçün "Qeydiyyat" linkinə keçid edərək saytımızda qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat pəncərəsində bütün xanaları doğru şəkildə doldurduğunuzdan əmin olun. Qeydiyyat tamamlandıqdan sonra E-mail adresinizə gələn mail ilə hesabınızı təsdiqlədikdən sonra rahatlıqla Trendyol-dan sifarişlər edə bilərsiniz.

 

Trendyol-dan sifariş etmək üçün bu addımları izləyin:

1.       VIPex.Az – saytına daxil olun.

2.       Açılan pəncərədə göstərilən bütün xanaları dəqiqliklə doldurun.

3.       E-mail adresinizə gələn mail-ə daxil olaraq hesabınızı təsdiq edin.

4.       Təbriklər! Artıq karqo xidmətlərimizdən faydalana bilərsiniz.

5.       Trendyol-dan məhsul sifariş etmək üçün əvvəlcə Trendyol-da qeydiyyatdan keçməlisiniz.

·         "Trendyol qeydiyyat" linkinə daxil olaraq Trendyol-a keçid edin.

6.       Açılan pəncərədə tələb olunan məlumatları yazın.

7.       Məlumatlarınızı doldurduqdan sonra sizdən təsdiqləmə kodu tələb olunacaq.

8.       Təsdiqləmə kodunu görmək üçün E-mail qutunuza baxın.

9.       Mail-də göstərilən kodu yazdıqdan sonra Trendyol-da qeydiyyatınız tamamlanacaq.

Bütün qeydiyyat prosesi tamamlandığına görə artıq rahatlıqla Trendyol üzərindən sifariş verə bilərsiniz. Sifariş verərkən ünvan məlumatlarında VIPex.Az -ın ünvanını yazmağınız yetərlidir. Beləliklə Trendyol sifariş etdiyiniz məhsulu bizə, biz isə sizə çatdıracağıq. Əlaqə məlumatlarımız haqqında "Əlaqə" linkinə, tariflərimiz haqqında məlumat üçün isə "Tariflər" linkinə daxil ola bilərsiniz.

 

Türkiyədən çatdırılma zamanı məhsul nə qədər vaxta gəlir?

Türkiyədən çatdırılma həftədə 3 dəfə olmaqla həyata keçirilir. Sifariş edilən məhsul anbarımıza daxil olduqdan sonra 2 gün ərzində ofisimizə çatdırılır.

 

Trendyol-dan sifariş edərkən nələrə diqqət etmək lazımdır?

Trendyol-dan məhsul sifariş edərkən məhsulun reytinqinə, yazılan rəylərə və sifariş sayına diqqət etmək lazımdır. Məhsulun reytinqi istifadəçilər tərəfindən təyin olunur. Əgər məhsul pisdirsə və ya problemləri varsa o məhsulun reytinqi zəif olur. Məhsul seçərkən hər zaman reytinqi yüksək olanları seçmək daha yaxşıdır. Onlayn sifarişlərdə istifadəçi rəyləri də çox önəmlidir. Trendyol-dan seçdiyiniz məhsulu sifariş edəndə yazılan rəyləri mütləq oxuyun. Beləliklə satıcı tərəfindən qeyd olunmayan, amma müştərilərin qeyd etdiyi bəzi önəmli məlumatları görə bilərsiniz. Həmçinin məhsul seçərkən sifariş saylarına diqqət etmək də önəmlidir. Sifariş sayı çox olan məhsullar onu göstərir ki, o məhsul və satıcı daha güvənilirdir.

Trendyol-dan hansı məhsulları sifariş edə bilərəm?

 

Trendyol tərəfindən satılan bütün məhsulları, “Qadağan olunmuş məhsullar” xaric, sifariş və çatdırılmasını etmək mümkündür.

Bildirişlər

Heç bir bildirişiniz yoxdur