skip navigation

Amerikadan sifariş etmək üçün onlayn alış veriş saytları

Əsas / Xəbərlər / Amerikadan sifariş etmək üçün onlayn alış veriş saytları

Siz sifariş edin, biz çatdıraq. SÜRƏTLİTƏHLÜKƏSİZ!

Amerikadan sifariş etmək üçün onlayn alış veriş saytları

06-12-2019

Onlayn alış-veriş saytı dedikdə almaq istədiyimiz məhsulları nisbətən aşağı qiymətlərlə,  keyfiyyətinə və etibarlılığına  görə tez bir zamanda ünvanımıza çatdırılması nəzərdə tutulan bir platformadır. Azərbaycana Vipex.az kargo şirkəti tərəfindən dünyanın bir çox ölkəsindən çatdırılma mövcuddur. Bu ölkələrə Amerika da daxildir. Amerikanın istənilən brend mağazalarından onlayn alış-veriş etmək  mümkündür.

Onlayn alış-verişi necə etməliyik?

Amerikada və digər xarici ölkələrdə istehsal olunan məhsulların qiymətləri Azərbaycandaki qiymətlərdən  daha ucuz başa gəlir. Bu orada istehsal olunan geyimlərin qiymətinin Azərbaycandakı satış qiymətindən  fərqli olmasına gətirib çıxarır. Nəticə etibari ilə, hər zaman onlayn alış-veriş etmək cibinizə qənaət etmənizə kömək edəcəkdir.  Ona görə də onlayn sifarişlərin sayı getdikcə artmaqdadır. Bəs bu alış-verişləri hansı saytlardan etməliyik? 

Təqdim etdiyimiz onlayn alış-veriş saytları dünyada ən məşhur olan brend saytlardır.

Amazon- Satış üçün kütləvi təlabat olunan onlayn alış-veriş saytı 1995-ci ildə yaranmışdır. Hal-hazırki dövrdə minlərlə insan bu sayta məxsus olan məhsullardan istifadə edir. Saytda müntəzəm olaraq mövsümi satışlar, bayramlara həsr olunan endirimlər olur. Amazondan gələn  məhsulların keyfiyyəti yüksək  və qiyməti  isə digər saytalara nəzərən daha münasibdir.

Asos- Amerikanın  ən məşhur onlayn alış-veriş saytlarından biri olan Asosun, dünyada 713 fabrikasından istifadə edən 168 təchizatçısı vardır. Bu təchizatçıların sayı gündən-günə artarkən artıq 23 ölkədə təchizatçıların sayı 170-ə yaxın olmuşdur. Bundan əlavə Asos onlayn alış-veriş saytı, xalq tərəfindən “Xalqın Seçimi” mükafatını qazanmışdır. Asosun məhsullarının çeşidli olmasına səbəb isə 2010-cu ildə ASOS Marketplace platformasını yaratmasıdır. Hal-hazırda 700-dən çox butikdə yerləşən, hər növdə məhsulu bu onlayn alış-veriş saytından tapa bilərsiniz.

eBay – Amerikanın  digər məşhur və ən böyük onlayn alış-veriş saytlarından biri olan eBay, 1995-ci ildə yaranmışdır. Bu onlayn sifariş saytı istehlakçı-istehlakçı və biznes-istehlakçı satışına əsasən Kaliforniya ştatının San Xose şəhərində yerləşən Amerikanın Koorperasiya şirkətlərindən biridir. Sifarişçilər bu onlayn saytdan istədikləri məhsulu və ya əşyaları sifariş verə bilərlər. Siyahılar vasitəsi ilə müxtəlif çeşidlərdən yararlanmaq mümkündür. Ebay, hal-hazırda onlayn sifariş saytı olmaqla yanaşı bir neçə şirkətlərlə əməkdaşlıq edərək öz saytını genişlədir.

B&H- Geyim, kosmetika və başqa məhsullardan əlavə Amerikadan elektronika sifariş edə biləcəyiniz onlayn alış-veriş saytıdır. Bu onlayn alış-veriş saytından yazma qurğularını, fotoçəkiliş üçün avadanlıqlar və digər aksessuarları sifariş edə bilərsiniz. Xüsusən də bu işə yeni başlayanlara, fotoqraf həvəskarları üçün faydalı onlayn alış-veriş saytlarından biridir.

Beauty.com- Digər bir sayt isə onlayn gözəllik və sağlamlıq məhsulları satan onlayn alış-veriş saytıdır. Bu saytda saçlarınıza qulluq üçün şampunlar, maskalar, cürbəcür saç boyaları tapmaqla yanaşı, üz qulluğunuz üçün kremlər, skrablar, losyonlar, günəşdən qorunmaq üçün isə spf günəş qoruyucuları tapa bilərsiniz. Təbii ki, qulluqdan əlavə, makiyaj məhsullarının çeşidliyi də mövcuddur. Onlayn saytda qadın məhsullarından əlavə kişi məhsulları da vardır. Calvin Klein , DKNY , Elizabeth Arden , Kenzo kimi brendlərə  və ya başqa markalara aid olan yüzlərlə məhsulları bu onlayn alış-veriş saytından tapa bilərsiniz.

Walmart- Şirkətin əsas məqsədi istədiyiniz hər növ məhsulları buradan tapmağınızdır. Yüksək keyfiyyətə malik elektronika (kameralar və videokameralar, iPad, iPod və MP3 pleyerlər, GPS naviqasiyası, kompyuter və avtomobil  avadanlığı) həmçinin ev və ofis məhsulları (məişət texnikası, mebel və ev bəzəkləri, fanarlar və qızdırıcılar, alətlər, santexnika) kimi ləvazimatları buradan tapa bilərsiniz. Həmçinin ev heyvanları üçün əşyalar, idman və gəzinti, ovçuluq, balıqçılıq, qolf və s.  peşəkar cihazlara qədər hər şeyi bu onlayn alış-veriş saytından əldə edə bilərsiniz. Kitab sevərlər üçün məşhur bestsellerlərin son nəşrləri, həmçinin az tanınmış müəlliflərin nadir kolleksiya nəşrləri də daxil olmaqla böyük bir kitabxana kataloqu mövcuddur.

Disney Store - Disney Koorperasiyası tərəfindən hazırlanmış filmlərə, cizgi filmlərinə əsaslanan uşaq geyimləri, ayaqqabıları, aksesuarlarının mövcud olduğu onlayn alış-veriş saytıdır. Saytda diqqət çəkən əsas məqam uşaqlar üçün personajların tammetrajlı geyimlərinin satılmasıdır. Disney Store, uşaq geyimlərindən əlavə böyüklər üçün sevilən filmlər və personajlar əsasında  nostalji geyimlər də dizayn edib.

Carter's - Amerikanın aparıcı uşaq geyimləri, hədiyyə və aksesuar markasıdır. Geyimlər 0-8 yaşa qədər uşaqlar üçün hazırlanır. Burada  kiçik uşaqlar üçün kostyumlar, eləcə də ayaqqabı və aksesuarlar tapa bilərsiniz. Carter`s uşaq məhsulları üçün yüksək  keyfiyyəti 150 ildir ki, qoruyub saxlayır.  Carter`s məhsulları dünyanın 600  onlayn alış-veriş saytlarında satılır. Bu məhsulları ABŞ-dan sifariş etmək və bir neçə gün ərzində daha ucuz qiymətlə əldə etmək üçün Vipex.az-ın çatdırılma xidmətindən  yararlana bilərsiniz.

Banana Republic- 1978-ci ildə Kaliforniyada yaradılmışdır. Şirkət hərbi tərzdə geyimlərin, habelə səyahət üçün geyimlərin satışını da həyata keçirir. 1983-cü ildə Banana Republic, Amerika şirkəti GAP tərəfindən alındı. Hal-hazırda Banana Republic-in dünyada 500-dən çox mağazası var. Nəcib dizayn və lüks modelleri ilə olduqca səmərəli qiymətə məhsullar  təqdim edən onlayn alış-veriş saytı modanı daha əlçatan edir. Banana Republic, zərif əşyalar və aksesuarlar, ayaqqabı və şəxsi qulluq məhsullarının dizaynı ilə dünyaya səs salan bir brenddir.

Uniqlo-  Hal-hazırda Uniqlo dünyada keyfiyyətinə görə tanınan Yapon brendidir. Ümumilikdə dünyada 700-dən çox mağazası vardır. Phillip Lim, Alice Roy və Jill Sander kimi məşhur dizaynerlər bu brendlərdə hər mövsümə uyğun kolleksiyaların yaradılmasında dəvamlı şəkildə işləyirlər. Bu onlayn alış-veriş saytının əsas meyarı isə son modanı aktual şəkildə izləyib, öz brendlərinə uyğun kolleksiyalar yaratmaqdır. Buna görə də Uniqlo brendində müxtəlif geyimlərə rast gələ bilərsiniz.

Türkiyədən sifariş etdiyiniz məhsullar kimi Amerikadan da sifarişlərinizin səmərəli və etibarlı şəkildə sizə çatmasını istəyirsinizsə, Vipex.az kargo şirkətinin saytından qeydiyyatdan keçərək, istədiyiniz məhsulu sifariş edə bilərsiniz.