skip navigation

Azərbaycandan xaricə bağlamaların çatdırılma xidməti.

Əsas / Xəbərlər / Azərbaycandan xaricə bağlamaların çatdırılma xidməti.

Siz sifariş edin, biz çatdıraq. SÜRƏTLİTƏHLÜKƏSİZ!

Azərbaycandan xaricə bağlamaların çatdırılma xidməti.

28-11-2019

Azərbaycandan xaricə bağlamaların çatdırılma xidməti.

Azərbaycanda yüklərin çatdırılmasının təşkili, xaricə optimal nəqliyyatın seçimini tələb edir. Gömrük üçün sənədlərin rəsmiləşdirilmələri, həmçinin yükün və lazım olan büdcənin xüsusiyyətlərini nəzərə alaraq nəql etmənin səmərəli və əlverişli sürətini təmin edən çatdırılma xidmətləri mövcuddur. Yerli şirkətlərin əksəriyyəti bu məsələnin reallaşdırmasını ixtisaslaşdırılmış kargo şirkətlərinə etibar edir. Bu kargo şirkətləri, müəssisələr tərəfindən xaricə göndərilməsi lazım olan məhsulları ən operativ üsullarla çatdırır. Azərbaycanda bu xidməti yerinə yetirən bir neçə kargo şirkətləri var. Bu xidməti göstərən şirkətlərdən biri Vipex.az-dır. Kargo şirkətləri müvəqqəti ləngimələrlə qarşılaşsa da, müxtəlif yollarla çatdırılmanı həyata keçirir. Ilk öncə Vipex.az sizdən məhsulu götürəcək və onu öz anbarına daxil edərək xaricdəki alıcıya çatdırılması prosesini başladacaqdır. Bu proses müştəri tərəfindən bir sıra təşkilati məsələlərdən qaçmağa, öz vaxtlarına qənaət etməyə və nəql etmənin prosedurunu maksimal sadələşdirməyə imkan yaradır.

Vipex.az  bağlamaların xaricə çatdırılmasını necə həyata keçirir?

Cari dövrdə onlayn alış-verişlərin üstünlüyünü, vaxta və büdcəyə qənaətinin hər kəs tərəfindən mənimsənildiyini bilirik. Xaricdən məhsulları Azərbaycana çatdırılması ilə yanaşı Azərbaycandan xaricə bağlamalar da çatdırılır. Kargo şirkətimiz tərəfindən bu çatdırılma prosesinin ixrac və idxalın təşkili üzrə əlverişli şərait və üsullar təklif edir. Göndərmək istədiyiniz bağlamaların çatdırılma müddəti, sərfəli qiymətlə göndərilməsindən daha vacibdir. Bizim şirkətimiz öz müştərilərinə məhsulun hər hərəkətinə, hansı məntəqəyə yola salındığına və hansı mərhələlər üzrə logistik qərarlardan istifadə etməsi məqsədilə çatdırılmaların kompleks zəncirinin idarə edilməsi üzrə xidmətlər təklif edir. Biz hər zaman olduğu kimi alınan bütün bağlamalalarda qeyd etdiyimiz müddətin düzgünlüyünə riayət edib, tamlığına və sizin göndərmələrinizin məxfiliyini qorumağa zəmanət veririk. Vipex.az kargo şirkətinə təhvil verdiyiniz andan xaricdəki məntəqəyə çatacağı ana qədər məntəqələr üzrə istiqamətini izləyə bilərsiniz. Bunun üçün saytımızda bağlamaların çatdırılması statusuna profilinizdən baxa bilərsiniz. Bundan əlavə təkliflərinizi, iradlarınızı saytda verilən məlumatlar əsasında bizə bildirə bilərsiniz.

Bəs sadələşən xidmətlərin üstünlükləri nədir?

1. Azərbaycan ərazisindən kiçik yüklərin çatdırılması hal-hazırda daha çox cibinizə qənaət edəcəkdir. MDB ölkələrinə, Avropaya, ABŞ və digər ölkələrə bağlamalarınızın səmərəli və operativ üsullarla tez bir zamanda çatdırılması kargo şirkətimizin üstünlüklərindədir. Bu üsul müştərilərimiz üçün əlçatan prosesdir.

2. Vipex.az gömrük brokerləri tərəfindən çatdırılma zamanı anbar prosesləri rəsmiləşdirməsinin imkanına sahibdir. Məhsulların hansı anbarda olduğunu haqqında məlumatlarla göndərən şəxslər xəbardar olurlar.

3. Orta və böyük çəkili yüklərin göndərilməsi zamanı iqtisadi məqsədəuyğunluğa nəzarət vardır. Müştəri tərəfindən istənilən zamanda məhsulların çatdırılması kargo şirkətimizin məqsədi olması ilə yanaşı, artan çəkilərin səmərəli şəkildə məntəqəyə çatması isə üstünlüklərimizdəndir. 4

. Təbii ki, digər üstünlüyümüz müştəri məmnuniyyətidir. Azərbaycandaki müştərimizin rahatlığını düşündüyümüz qədər xaricdəki alıcının da məmnuniyyəti kargo şirkətimiz üçün vacibdir. Etibarlı şəkildə kargoların onlara ( xaricdəki alıcılara) çatdırılması məhz qapıdan qapıya düşüncəsini tamamlayır.

Vipex.az xaricə bağlama çatdırılmasında keyfiyyətə görə xidmətlər göstərir. Onlara daxildir :

1. Çatdırılmanın dəyərinin hesablaması. Hər bir çatdırılma üçün müəyyən olunan məbləğlər vardır. Bu məbləğlər alıcı tərəfindən mənimsənildiyi təqdirdə sifarişlər qeydə alınır.

2. Müddətlər üzrə proqnoz. Bağlamalar kargo şirkətlərinə təhvil verildiyində onlar çatdırılma tarixini qeyd edirlər. Kargo şirkəti tərəfindən müəyyən edilən tarixdə bağlamaların məntəqəyə çatması isə Vipex.az-ın etibarlılığını müəyyən edir.

3. Hər hansı nəqliyyatdan- buna hava, su və quru nəqliyyatından istifadə olunması daxildir. Çatdırılmanın hava nəqliyyatı ilə olması tez bir zamanda bağlamaların alıcıya çatdırılmasını təmin edir.

4. Gömrük orqanlarıyla qarşılıqlı təsir. Xaricə göndərdiyiniz bağlamaların həmin ölkələrin gömrüklərinə daxil olduğu sizə bildirilir. Məhsulların gömrükdə yoxlanılması zamanı problemlər kargo şirkətimizin səlahiyyətindədir. Müxtəlif məhsulların Azərbaycandan xaricə çatdırılmasında nəzarət vardır. İstənilən məhsul və qeyri-məhsulların xaricə göndərilməsi baş tutsa da, meyvə-tərəvəz kimi qidaların xaricə çatdırılmasına icazə yoxdur.

Vipex.az kargo şirkətində xaricə bağlamaların çatdırılması və yerdəyişməsi üçün avtodaşımalardan tez-tez istifadə olunur. Onlar bir-birindən dəyərin və sürətin optimal nisbətiylə fərqlənirlər. Xaricə bağlamaların çatdırılması üçün anbarların mövcudluğu effektiv və keyfiyyətli logistikanı təmin edir. Əgər çatdırılmalar əlverişli üsullarla gömrük problemi baş vermədən və ya gündəlik reyslər nəticəsində problemsiz daha tez bir zamanda sifarişçiyə çatdırılmanın daha sürətli və əlverişli olduğu deməkdir. Çarterlər vasitəsilə Azərbaycandan xaricə yüklərin çatdırılması əlçatandır və bu, yük reysləriylə həyata keçirilir. Bağlamaların xaricə çatdırılması növləri bir-birindən fərqlənir. Bu növlərə hava nəqliyyatı, quru nəqliyyatı və su nəqliyyatı daxildir. Çatdırılma nəqliyyatının fərqli olması onun çatdırılacağı müddətə təsiri vardır.


Quru nəqliyyatının üstünlüyü.

1. Xaricə daşınmalar olduğu kimi ölkə daxili çatdırılmalar da mövcuddur. Bu çatdırılma üçün quru nəqliyyatı ən məqsədə uyğundur. Çünki məsafələr nisbətən qısa olduğu üçün ən böyük qənaət zamana olur.

2. Təhlükəsizlik isə quru nəqliyyatının üstünlüyüdür. Kargo şirkətimiz göndərilən bağlamaların etibarlılığına zəmanət verdiyi üçün məhsulların zədə alma ehtimalı ümumiyyətlə yol nəqliyyatında daha azdır. Çünki yol məsafəsi qısa, çatdırılması isə tez bir zamanda baş verir.

3. Quru nəqliyyatının çevikliyi ilə bərabər qapıdan qapıya çatdırılması bu nəqliyyatın digər bir üstünlüyüdür.

4. Quru nəqliyyatda daşınma xərcləri aşağı, çatdırılma müddəti isə çoxdur.

5. Yol nəqliyyatında da əlavə xərclər azdır.

Vipex.az-da hava nəqliyyatında daşınan xarici bağlamaların çəkilərinə müvafiq olaraq məbləğlər müəyyən edilmişdir. Siz yüksək çəkili bağlamalarınızı Vipex.az ilə istədiyiniz ölkələrə göndərə bilərsiniz. Müəyyən olunan çəkilərə nəzərən zonalar və qiymət cədvəlləri qeyd olunub. Elektron poçt və əlaqə telefonlarımız vasitəsilə yüksək miqdarda olan bağlamaların çatdırılması bağlı ətraflı məlumat ala bilərsiniz. Üstəlik qeyri-sənədlər üçün toplam məbləğə 10 ABŞ dolları əlavə edilir. Qeyd edilən məbləğlərə fuel charges 9% əlavə olunur. Qiymətlər ABŞ dolları ilə göstərilməsinə nəzərən ödəniş AZN ilə qəbul olunur və ƏDV daxil deyil.