Xəbərlər
Əsas / Xəbərlər

 

Hal-hazırda məhsul alış-verişlərinin çoxunun onlayn həyata keçdiyini  hamımız bilirik. Bu alış-veriş, istər Amerikadan, istər Türkiyədən, istərsə də başqa ölkələrdən  olsun fərqi yoxdur. Onlayn alış-verişin hər kəs tərəfindən seçilməsinin səbəbi,  onun zamana, həmçinin, almaq istədiyi məhsulun qiymətinə qənaət etməsidir.   Ümumi statistikaya nəzər salsaq görəcəyik kİ, Türkiyədən sifarişlərin sayı nisbətən daha çoxdur. Çünki istənilən məhsulun qiyməti orada daha ucuzdur.  Xüsusilə də Trendyoldan sifariş edilən məhsullların sayı günü-gündən artmaqdadır.

 Bəs bu məhsulları Türkiyədən yaxud da Trendyoldan necə sifariş etmək olar? Sifariş olunan məhsulların Azərbaycana çatıdırılma müddəti və qiymətləri haqqında məlumatları haradan əldə etmək olar?

Trendyol onlayn alış-veriş saytı nədir? Hansı məhsulları sifariş etmək olar? Bu məhsulların sifarişi necə həyata keçirilir?

İlk olaraq qeyd etməliyik ki, istədiyiniz məhsulun sifarişini mütləq şəkildə kargo şirkəti vasitəsilə etməlisiniz. Azərbaycandan müxtəlif kargo şirkəti var. Onların qiyməti hər məhsulun çəkisinə əsasən dəyişir. Ən sərfəli və yüksək keyfiyyətə malik olan kargo şirkətlərindən biri də Vipex.az-dır. Kargo şirkətimiz indiki dövrdə Amerikadan və digər ölkələrdən sifarişləri qəbul edib, sizə çatdırsa da, ən çox tələb Türkiyənin Trendyol mağazasındandır. Bu onlayn mağaza Türkiyədə olduğu kimi də Azərbaycanda da öz məşhurluğunu qorumaqdadır. Buna səbəb mağazanın 16 milyondan çox üzvə və 150 milyondan çox məhsula malik olmasıdır. Tez-tez kompaniyalar və endrimlərə görə də istifadəçilər tərəfindən sevilən mağazalardan biridir. Əlbəttə  buna səbəb, məhsullarının yüksək keyfiyyətə də malik olmasıdır.

Trendyoldan Azərbaycana Vipex.az kargo şirkəti tərəfindən bir çox məhsulların sifariş edilməsi mümkündür. Lakin bəzi məhsullar vardır ki, onların Azərbaycana hava yolu ilə  çatdırılması mümkün deyildir. Buna maye məhsulları daxildir.

Vipex.az Bakıya eləcə də Azərbaycanın digər bölgələrinə istənilən sifarişləri həyata keçirir. Hər bir istifadəçi isə kargo şirkətinin səmərəli qiymətindən və yüksək keyfiyyətindən istifadə edə bilər.

Sifarişlərinizi Vipex.az kargo şirkəti vasitəsilə necə edəcəyiniz haqqında bir neçə addımlar sadalayacağıq.

Birinci addım.

İlk olaraq istənilən məhsullarınızı sifariş etmək üçün Vipex.az kargo şirkətinin onlayn saytına daxil olmağınız lazımdır. Sağ küncdə Qeydiyyat yazılan kiçik hissəyə basın və açılan yeni pəncərədə verilən məlumatları doldurmağa başlayın.

 

İkinci addım.

Saytın sağ alt hissəsində Sifariş edin bölməsinə daxil olun. Trendyol saytından istədiyiniz məhsulun linkini kopyalayıb,  o xanaya yapışdırın.  Ondan sonra digər xanalarda yazılan məhsulun sayı, qiyməti və kateqoriyanı seçin. Bunları seçdikdən sonra alt hissədə seçdiyiniz məhsulun rəngi, ölçüsünü və sayını qeyd edin. Bu proseslər bitdikdən sonra aşağı hissədə yeni link yazısı və onun sağ tərəfində isə sürətli sifariş var. Yeni link saytına basarak istədiyiniz  bir digər məhsulu da sifariş edə bilərsiniz. Əgər sifarişlərinizin tez bir zamanda çatmasını istəyirsinizsə, o zaman 2 dollar əlavə ödəyərək bunu icra edə bilərsiniz. Lakin qeyd etməliyik ki, bu sürətli sifariş sizin Trendyoldan olan alış-verişinizi tez sürətdə çatdırmır təəssüf ki. Sadəcə olaraq bağlamalarınızın çatdığını hərkəsdən tez sizə xəbər veriləcəkdir. Ən sonunda proses bitdikdən sonra ödəniləcək məbləğ qeyd olunur.

 

Üçüncü addım.

Sifarişləriniz bitdikdən sonra siz Sifarişlərim bölməsində hansı məhsulları sifariş etiyinizi, hansıları ödədiyiniz, həmçinin, məhsulunuzun xarici anbarda olduğunu, yola düşdüyünü, çatdığını və bunun kimi digər proseslərini öyrənə bilərsiniz. Bundan əlavə, sifarişlərinizin məbləğini onlayn ödəmək istəyirsinizsə, linkin kənarındakı boşluğa basaraq istədiyiniz məhsulun ödənişini edə bilərsiniz.

Sifariş olunan məhsullar isə iş  günü ərzində sizə çatacaqdır.

Bundan əlavə əgər sizin məhsullarınızda sınma, qüsurlu və digər xoşagəlməz problem olmasını istəmirsinizsə, onda sığortalanma xidmətindən istifadə edə bilərsiniz. Vipex.az kargo şirkətinin bir digər xidməti isə kuryer sifarişidir. Əgər bağlamalarınızı götürmək üçün vaxtınız yoxdursa, onda siz Sifarişlərim bölməsindən Kuryer sifariş edə bilərsiniz.

Sifarişinizi Vipex.az kargo şirkəti tərəfindən edə bildiyiniz kimi, bir digər variant da Trendyolun onlayn saytından sifariş etmək olacaqdır. Gedişat isə aşağıdakı kimidir.

Birinci addım.

Vipex.az da olduğu kimi Trendyolda da şəxsi kabinet açırsınız. Hansı kateqoriyadan istəyirsinizsə, o məhsulu seçir, verilən məlumatları öz xüsusiyyətlərinizə görə qeyd edirsiniz. Səbətinizə əlavə etdiyinizdə isə artıq o məhsulun sifarişini verməyiniz daha asan olacaqdır.

İkinci addım.

Bu addımda siz yuxarıda sağ hissədə Sepetim hissəsinə daxil olaraq, məhsullarınızı  görəcəksiniz. Sağ tərəfdən Sepeti onayla qisminə daxil olaraq, orada göstərilən ünvan qisminə (Nuri Pasa Mahallesi 10 Sokak No:53A) Vipex.az kargo şirkətinin ünvanını qeyd edirsiniz. Beləliklə, sizin məhsulunuz Vipex.az kargo şirkətinin Türkiyədəki ünvanına çatacaqdır. Sifarişiniz isə 3 gün ərzində Azərbaycana çatacaqdır.

Üçüncü addım.

Vipex.az kargo şirkətinin Türkiyə adresini qeyd etdikdən sonra Vipex.az-ın saytına daxil olun və  saytın sağ tərəfində, sifariş edin bölməsinin yanında Bəyannamə bölməsini doldurun. Bu açılan pəncərə sifarişinizin qeydə alınması üçün çox mühimdir. Lazım olan məlumatları doldurun və göndərin düyməsinə basın. Hər məhsulun bəyannaməsinin olması Gömrük Məntəqəsində problem yaratmayacaq deməkdir. Əgər bəyannamə yoxdursa, onda bağlamalarınız Bakı Kargo Terminalından buraxılmayacaqdır. 
Nəticə etibarı ilə  qeyd olunan hər addıma müvafiq hərəkət etsəniz məhsulunuz Vipex.az kargo şirkətinin Türkiyədəki adresinə çatacaqdır.

Bəs sifariş etdiyiniz məhsulları neçə gün ərzində əldə edə bilərsiniz?

Sifarişlərin gec ya da tez gəlməsi mağazanın məhsulları kargo şirkətinə tez və ya gec təhvil verməyindən asılıdır. Adətən 3-7 gün ərzində məhsullarınızı əldə etməyiniz mümkündür.  Ümumi olaraq desək, bağlamalar Türkiyənin anbarına daxil olduqdan sonra 3 gün ərzində Azərbaycana çatdırılır.

Vipex.az kargo şirkətinin xidmətlərindən istifadə edərək siz, səmərəli qiymətə və yüksək keyfiyyətə Trendyoldan sifarişlərinizi edə bilərsiniz.