skip navigation

Türkiyə və Amerikadan sifarişlərin çatdırılması : keyfiyyət, geniş çeşid və optimal qiymətlər

Əsas / Xəbərlər / Türkiyə və Amerikadan sifarişlərin çatdırılması : keyfiyyət, geniş çeşid və optimal qiymətlər

Siz sifariş edin, biz çatdıraq. SÜRƏTLİTƏHLÜKƏSİZ!

Türkiyə və Amerikadan sifarişlərin çatdırılması : keyfiyyət, geniş çeşid və optimal qiymətlər

22-11-2019

Türkiyə və Amerikadan sifarişlərin çatdırılması : keyfiyyət, geniş çeşid və optimal qiymətlər.

Bu günki günümüzdə onlayn alış-verişlər həyatımızın ayrılmaz hissəsi olubdur. Balacadan böyüyə demək olar ki, hər kəs onlayn alış-veriş edə bilər. Üstəlik Azərbaycanın internet mağazalarından deyil, xarici mağazalardan da sifariş mümkündür. Bu məqalədə istədiyiniz məhsulları Türkiyədən sifariş etməyin necə rahat olması haqqında danşacağıq.

Türkiyə və Amerikadan sifarişlərin  çatdırılması: kimlərə nələri sifariş etmək sərfəlidir.

Cibimizə qənaət etmənin yollarından biri də  aldığımız məhsulların qiymətlərinin daha aşağı olmasıdır. Bu məhsullara geyim, aksesuar və digər əşyalar daxildir. Bəs aşağı qiymətlərlə  sadaladığımız məhsulları necə əldə edə bilərik?

Absurd görünsə də, ən sadə yolu məhsulları istehsal olunduğu ölkələrdən almaq daha sərfəlidir. Həmin məhsullar ən çox Amerika, Türkiyə və Çindən sifariş edilir. Hər sifariş etdiyiniz məhsullarda büdcənizə 20%-50%-ə qədər qənaət etmək imkanınız vardır.  Buna görə də Türkiyədən çatdırılma öz məşhurluğu ilə son dönəmlərdə qabaqdadır. Bunun isə əsas səbəbi aşağı vergilərin, minimal dövlət məhdudiyyətlərinin və sahibkarlığın azad olması ilə bağlıdır. Çox sərt rəqabət olsa da, məhsulların  keyfiyyəti, çeşidliyi Azərbaycana nisbətən əhəmiyyətli dərəcədə fərqlənir.

Təbii ki, Türkiyədə bütün lazım olanları ala bilməyəcəksiniz.  Qida və gündəlik tələbat məhsullarının əksəriyyətini ətrafınızdan əldə edə bilərsiniz. Bununla yanaşı Türkiyədən və digər ölkələrdən  silah, dron, antikvar, tütün, alkoqol sifariş etmək  qeyri-mümkündür.

Bəs həmyerlilərimiz  üçün hansı məhsulların sifarişi mümkündür?

Dəb. İlk növbədə geyim haqqında söhbət gedirsə əgər keyfiyyətinə görə dünyada fərqlənən Türkiyə brendlərindən bəhs etməliyik. Türkiyə istehsalı olan Koton və Defacto kimi, məhsulların qiyməti istehsal olunduğu ölkəyə nəzərən Azərbaycanda daha bahadır.  

Türkiyədən əlavə Amerikada da qiymətlər Azərbaycanda olduğundan fərqlidir. Məsələn, qadınlar  tərəfindən sevilən Zara palto modelinin qiyməti Azərbaycanda 190.00 AZN olarkən Amerikada qiyməti $69.90-dır. Hətta internet mağazalarından çatdırılma ilə birgə əhəmiyyətli dərəcədə məhsul üçün daha az pul ödəmiş olacaqsınız.

Kosmetika. Qadınlar üçün ən mühüm olan vasitələrdən biri də kosmetikadır. Daima gözəl görünmək və özünə qulluq üçün MAC, Sephora, Lime Crime, Urban Decay, Tarte və Bobbie Brown kimi markalardan istifadə olunur. Təbii ki, digər məhsullar kimi kosmetik məhsullar da Azərbaycanda bahadır. Lakin Türkiyə və Amerikadan sərfəli qiymətə çatdırılma mümkündür. İstehsal olunan ölkədə bu qiymət daha sərfəlidir. Qiymət fərqindən əlavə  keyfiyyət də üst səviyyədədir.

Uşaq məhsulları. Gənc valideynlərin sifarişlərilə bərabər uşaqları üçün də Türkiyə və Amerikanın  internet mağazalarından məhsul çatdırılması mümkündür. Azərbaycandaki qiymətlərə nəzərən Türkiyə və Amerikada bu məhsullar daha ucuz olduğu üçün müştərilərin seçimi onlayn mağazalar olur. Uşaq geyimlərindən əlavə uşaq oyuncaqları da var. Bundan əlavə uşaqlar üçün digər əşyalar ,məsələn əmzik, oyuncaqlar, termometrlər, isitmək üçün kiçik butulkalar da sifariş edə bilərsiniz . Carter`s, OshKosh, shopDisney kimi mağazalara aid olan məhsulların Azərbaycana sifarişi mümkündür.

Qurğular. Müasir dövrümüzdə elektronika azarkeşləri get-gedə çoxalmışdır. Məhsul sifarişləri kimi qurğuların da sifarişləri mümkündür. Bu məhsulların qiyməti də Azərbaycanda olduğundan daha ucuzdur. Bir qayda olaraq, dəbdə olan ağıllı saat, airpods və  başka markalara aid olan qulaqcıqları da sifariş etmək olar.

Aktiv istirahət. Yürüşlərin və turizmin həvəskarları bilirlər ki, Azərbaycanda təchizat və təbiətlə ünsiyyətdə olmaq böyük məbləğ tələb edir. Bundan başqa mağazaların çeşidliyi ürəkaçan deyil. Yaxşı çadır axtarışında olarkən bəzən hipermarketə gedib, bu vəsaitləri münasib olmayan  qiymətə alırıq. Lakin ən məqsədə uyğunu onu internetdən sifariş etməkdir. Türkiyədən çatdırılma ilə  internet mağazaları, aktiv istirahət üçün zəruri olan vəsaitləri əldə etmək problemini həll edir. Backcountry, Sierratradingpost bu kimi mağazalardan yüzlərlə turizm, aktiv istirahət və idmanla məşğul olanlar üçün geyim və təchizatı tapmaq mümkündür.

 

Türkiyə və Amerikadan  onlayn alış-veriş xüsusiyyətləri: çatdırılma variantları.

Türkiyə və Amerikadan sifariş üçün internet mağazaları tapmaq asandır, xüsusilə siz ingilis və türk dilinə səthi malik olmaqla belə rahatlıqla bu mağazaları tapa bilərsiniz. Geyim və ya elektronikanın demək olar ki, dünyada tanınmış keyfiyyətə malik olması ilə tanınan internet mağazaları  vardır. Etməli olduğunuz tək şey o mağazalara daxil olmaq və istədiyiniz məhsullar üçün lazım olan xanaları doldurub sifariş etməyinizdir.

 Maraqlı sual da odur ki, bütün məhsulların Azərbaycana çaldırılması mümkündürmü? Əlbəttə ki, Dünyada yaranan vəziyyətlə əlaqədər olaraq internet mağazasını tapmaq asan deyil, bəzi mağazalarda Türkiyədən yaxud da digər ölkələrdən Azərbaycana çatdırılması mümkün deyildir. Həmin mağazalarda Azərbaycan bank kartı ilə ödənişlər etmək mümkün deyil.

Təbii ki, bu problemi həll etmək də asandır. Bunun üçün bizim sifariş həvalə et xidmətimizdən yararlana bilərsiniz. Saytımızda qeydiyyatdan sonra alıcı Türkiyənin istənilən mağazasından Azərbaycana sifarişini verə  bilər. Mağaza məhsulu Türkiyədə bizim anbara  göndərir sonra isə biz Azərbaycandakı anbarımıza göndəririk və siz gəlib məhsulunuzu ofisimizdən götürə bilərsiniz.

 

Həmçinin Azərbaycana  Türkiyədən məhsulların sifarişini yüngülləşdirən başqa xidmətlər var.

Bağlamaların yoxlanılması. Bəzi hallarda sifarişçi məhsulun tamlığına əmin olmadıqda sifarişlərin yoxlanılması  xidmətindən istifadə edə bilərlər.

Dəstək. Sifarişçi çaldırılmanın təhvil olunma vaxtına qədər suallarını bizə verə bilər, bütün incəlikləri öyrənə bilər. Bizim dəstəkdən Türkiyədən və Amerikadan ilk dəfə sifariş edənlər də istifadə edə bilərlər.

Vipex.az şirkəti ingilis dili bilməyənlərə də kömək edir. Sadəcə cəlb olunmasını istədiyiniz məhsulları kargo şirkətimizin əməkdaşlarına göndərməyiniz kifayətdir.

 

 Çatdırılmanın müxtəlif variantları. Siz qənaət edib növbəti aya kimi gözləyib məhsulu Azərbaycandan ala  ya da bahalı məhsulu Türkiyə və ya Amerikadan daha ucuz sifariş edə bilərsiniz. 

 

Türkiyədən sifarişlərin çatdırılmasını təmin edən şirkətlərdə xüsusən nəyə diqqət etmək lazımdır?

Kargo şirkətlərinin xidmətlərindən  istifadə hal-hazırda çox populyardır. Ən yaxşısını seçmək üçün birdən çox meyarlara əsaslanmaq lazımdır. Bu zaman alış-veriş daha əlverişli və təhlükəsiz olacaqdır.

 Anbar.  ABŞ-ın (Delaver, Oreqon, Montana) vergisiz ştatında anbar seçmək lazımdır çünkü onda məhsullara görə vergi ödəmək lazım olmayacaq. Bu isə sizin büdcəniz üçün qənaət hesab olunur.

Xidmətlərin çeşidi. Müəyyən etməli olduğunuz əsas şey kargo şirkətindən gözləntilərinizdir. İlkin olaraq müstəqil olaraq məhsul sifariş etmək və onun ödənişini etməkdir. Geriyə isə yalnız vasitəçinin məhsulu düzgün vaxtda sizə çatdırmasıdır.  Əgər sifariş etdiyiniz məhsulun daha etibarlı çatmağını istəyirsinizsə o zaman ünvanı düzgün qeyd etməlisiz.

Rahatlıq və dəstək. Kargo şirkətlərinin  əsas məsələsi isə məhsulu sifarişçiyə maneəsiz və təhlükəsiz şəkildə çatdırılmanı təmin etməkdir. Xidmət haqqında suallarınızı və şikayətlərinizi elektron poçt, sosial şəbəkələr və ya saytda onlayn-çat vasitəsilə bildirə bilərsiniz.

Çatdırılma variantları. Türkiyədən   məhsulu almazdan əvvəl,  siz müxtəlif şirkətlərin qiymətlərini və alış üsullarını, çatdırılma müddətlərini öyrənməklə, müxtəlif kargo şirkətlərinin təkliflərini müqayisə edə bilərsiniz. Bütün müqayisələrdə   bizim şirkət kargo şirkəti kimi ən əlverişli olacaqdır.  

Bağlamaların sığortalanması. Vipex.az şirkəti bağlamaların pulsuz sığortalanması xidmətini təklif edir. Əgər ölçü səhv və ya zədələnmiş gələrsə biz sizə bağlamanın geri göndərilməsində ödənişsiz yardımçı olacağıq.

Gündəlik fikirin əksinə,  Türkiyədən alış-veriş etmək elə də çətin deyil. Üstəlik Türkiyədən Azərbaycana necə sifariş etməli olduğunuzu əməkdaşlar sizə başa salacaqdır. Bu halda tam sığorta ilə göndərmənin dəyərini nəzərə alaraq, istənilənilən məhsullar tez bir zamanda, sərfəli qiymətlə sizin əlinizdə olacaqdır.