Xəbərlər
Əsas / Xəbərlər

Son dövrlərdə kitab oxuyanların sayı günü-gündən artmaqdadır. Kitab oxumağa maraq oyanması ilə birgə kitab alışınında sayı paralel olaraq artır. Xüsusən də  kitab sifarişlərində yüksələn  satışların, hər yaşa xitabən  kitablara marağın oyanmasına bilavasitə səbəb olmuşdur.  Lakin istədiyimiz hər hansı kitabı, ölkəmizdə  bəzən sərfəli qiymətə ala bilmirik. Eyniylə almaq istədiyimiz geyim, aksesuar kimi məhsulları necə ki xarici ölkələrdən onlayn sifariş edirik, eləcə də kitabları da xarici ölkələrdən sifariş etmək mümkündür. Qiymətlərin istehsal olunan ölkələrə nisbətən ölkə daxilində yüksək olması bizim onlayn kitab sifarişimiz üçün ilkin səbəblərdəndir. Onlayn sifariş  hər zaman olduğu kimi vaxta və cibə qənaəti ilə üstünlük qazanmışdır. 

Onlayn kitab sifarişləri Türkiyə və Amerikadan daha çoxdur. Geyimdə olduğu kimi hər iki ölkədə də sərfəli qiymətlərlə Azərbaycana çatdırılma, sifarişçinin ilkin seçimlərindəndir. Vipex.az kargo şirkəti isə geyim məhsulların da olduğu kimi səmərəli qiymətlərlə birgə tam zamanında, etibarlı şəkildə alıcıya çatdırır. 


Onlayn kitab sifarişi necə edilir? 

Təbii ki, yüksək qiymətlər və istənilən kitabların ölkədaxilində satışı mövcud olmadığı üçün ən yaxşı seçim onu nəşr olunduğu ölkələrdən sifariş etməkdir. Amerika və Türkiyədə nəşr olunan kitabların sifarişini isə bir neçə onlayn saytlardan sifariş etmək olar. Hansı ki, onlayn kitab sifarişi saytları ən məşhur və etibarlı saytlardır. Bu saytlardan istədiyiniz hər hansı kitabı seçərək, Vipex.az kargo şirkətinin onlayn saytından qeydiyyatdan keçərək sifariş verə bilərsiniz. Türkiyə və Amerikadan etdiyiniz kitab sifarişləriniz hər zaman sizin cibinizə qənaət edəcəkdir. Üstləlik sərfəliliyindən əlavə tez bir zamanda sizlərə çatacaqdır. 



Türkiyənin onlayn kitab sifariş  saytları

Kitapyurdu.com - Türkiyənin kitab sifarişi saytları içərisində ən məşhur olan, keyfiyyətinə və sərfəliliyinə görə seçilən bu sayt, 20 il əvvəl yaranmışdır. Tək strategiyası  oxucuların rəğbətini qazanmaq, həmçinin kitab oxuyanların sayını artırmaqdır. Bu saytda dünya ədəbiyyatı ilə yanaşı,  uşaq və gənc ədəbiyyatına , hətta türk ədəbiyyatına aid olan əsərləri tapa bilərsiniz. Bundan əlavə, saytın sol tərəfində çox satan kateqoriyalar var. Məhz o kateqoriyadan istədiyiniz növə məxsus olan kitabları tapa bilərsiniz. Əgər sifariş edəcəyiniz kitabı tapa bilmirsinizsə,  bu halda  saytın sağ tərəfində #ne okusam? Hissəsinə keçid edərək, məsləhət olunan kitablar haqqında öyrənib  sifariş edə bilərsiniz. 

Kitapzen.com – Kitap sifarişi saytlarının içərisində sərfəliliyinə və kargo qiymətlərinin ucuzluğuna görə seçilən kitab sifariş saytıdır. Burada 35-40% endirimlər əldə etməklə yanaşı, 95TL və ondan artıq qiymətə aldığınız kitablarda Türkiyə daxili kargo pulsuz olur. Onlayn saytın geniş kataloqunda müxtəlif  növ kitab sifarişi edə bilərsiniz. Çox satanlar və nəşriyyat evlərinə görə də istədiyiniz kitabı tez bir zamanda, sərfəli qiymətlərlə Vipex.az kargo şirkəti tərəfindən sifariş verə bilərsiniz. 

D&R – 1996 cı ildə Doğan Holding və Raks Grupunun əməkdaşlığı ilə qurulmuşdur. Bu mağazada kitablarla yanaşı, məktəb ləvazimatları da tapa bilərsiniz. Hal-hazırda Türkiyənin 25 şəhərində 142 mağazası var və 2013 ildə İdefix-in sahibi bu mağazanı almışdır. Türkiyə ilə yanaşı bir çox ölkədə məşhur olan bu onlayn kitab sifarişi saytı, etibarlı və tam zamanında çatdırılmasına görə qabaqdadır. Bayram yaxud da özəl günlərdə edilən endirimlərlə birgə kitab satışlarının artımı yüksəlmişdir. 

İdefix.com – Keyfiyyətinə və qiymətlərinin sərfəliliyinə görə seçilən bu onlayn kitab sifariş saytı, 2000-dən çox kitablarını 70%-ə yaxın endirimlərlə oxucularına çatdırır. Bu kitab sifariş saytı son 3 ildə artan ziyarətçi sayısı ilə Türkiyənin qabaqcıl saytlarından biridir. Sayta daxil olduğunuz zaman Türkiyənin hər bölgəsində nə qədər oxunma olduğunu göstərir. Həmçinin verilən indekslərdən əlavə oxunan kitablar da təqdim olunur. Kitab sifarişlərinizi bu onlayn saytdan etmək məqsədəuyğundur. Çünki hər hansı bölgədə çox oxunan kitablarla tanış olmaq imkanına sahib olacaqsınız. 

İlknokta.com – Onlayn saytların keyfiyyəti qədər nəşriyyatın keyfiyyəti də önəmlidir. Türkiyənin elmi-fantastik janrında kitabları dərc edən İthaki nəşriyyat evi nəzdində yaradılan ilknokta.com onlayn kitab sifariş saytı, olduqca aşağı kitab və Türkiyə daxili kargo qiymətləri ilə diqqət mərkəzindədir. İthaki nəşriyyatının kitablarını bu onlayn  kitab sifariş  saytından daha aşağı qiymətə ala bilərsiniz. Bundan əlavə, 20-30% yaxın digər kitabları da əldə etmək mümkündür.  

Okuoku.com – 2010- cu ildə yaranmasına baxmayaraq, Türkiyənin oxucuları ilə  bərabər Azərbaycanda da bu onlayn kitab sifariş saytına son zamanlarda maraq artmışdır. Sərfəli kompaniyaları sayəsində alış-verişinizi həmçinin bu onlayn kitab saytından əldə edə bilərsiniz. 

pandora.com.tr -  Türkiyənin onlayn kitab sifariş saytları içərisində ilk qurulan kitabevidir. Mühüm xüsusiyyəti ingilis dilində olan kitabların sifarişlərini qəbul etməkdir. Türkiyədə seçilən onlayn alış-veriş saytlardan olmasına baxmayaraq Azərbaycanda da bir çox istifadəçi tərəfindən seçilən onlayn saytdır. Təxmini 30.000 növdə türk dilində və 20.000-ə yaxın ingilis dilində kitab satışı mövcuddur.  

Türkiyədən onlayn kitab sifariş saytları ilə yanaşı, Amerikadan sifariş olunan saytlar da mövcuddur. Hansı ki, bu onlayn saytlar vasitəsi ilə Vipex.az-dan istədiyiniz kitabları sifariş edə bilərsiniz.  


Amerikadan kitab sifarişi zamanı istifadə olunan onlayn saytlar hansıdır? 

Türkiyədən sifariş olunan kitablar kimi Amerikadan da  sifariş olunan kitablar, ölkədaxilindəki  qiymətlərlə müqayisədə daha sərfəlidir. Onlayn saytlar sayəsində istədiyiniz kitabları seçərək, kargo şirkətimiz vasitəsi ilə xaricdən gətirə bilərsiniz. 


Sifariş edəbiləcəyiniz kitab sifarişi saytları aşağıdakılardır : 

Amazon Books – Bu onlayn alış-veriş  saytı Amazon şirkətinə məxsusdur. İlk mağaza 2015-ci ildə yaransa da, 2018-ci ilə kimi Amazon Books-da cəmi 17 mağaza yaranmışdır. Daha çox istifadəçi tərəfindən seçilən bu onlayn sayt vasitəsi ilə sizlər də istədiyiniz kitabları sifariş edə bilərsiniz. 

AbeBooks – Amerikanın 1996-cı ildən bəri fəaliyyətdə olan kitab satışlarından əlavə, təsviri sənət və kolleksiyalar üçün onlayn kitab sifariş saytıdır. Amerikadan əlavə dünyanın etibarlı saytı olan  AbeBooks-dan, milyonlarla yeni, istifadə olunan və nadir kitabları sifariş edə bilərsiniz. Keçmiş dövrlərin nəşrləri, komikslər, fotoşəkillər və əlyazmalar, avtoqraf məktublar üçün kolleksiya yarada bilər və artırmaq üçün də bu onlayn sifariş saytından istifadə edə bilərsiniz. 

ThriftBooks – Vaşinqton yaxınlığında yerləşən böyük onlayn kitab sifariş saytıdır. İldə təxminən 12 milyona yaxın kitab satan bu sifariş saytı, ABŞ-da istifadə olunan ən məşhur saytdır. Artıq ABŞ-dan əlavə, dünyanın bir çox yerində də bu onlayn kitab sifariş saytından istifadə olunur. Kitablardan əlavə, DVD, CD, VHS lenlərini də bu saytdan tapa bilərsiniz. 

Yuxarıda qeyd etidiyimiz kimi, Amerikadan və Türkiyədən uyğun qiymətə istədiyiniz kitabları sifariş edə bilərsiniz. Sifarişlərinizin tez bir zamanda və uyğun qiymətlərlə çatdırılması  üçün Vipex.az kargo şirkətinin xidmətindən istifadə etmək məqsədəuyğun olacaqdır.