skip navigation
  • DAXİL OL
  • QEYDİYYAT

Bağlamaların xaricə göndərilməsi

Əsas / Xəbərlər / Bağlamaların xaricə göndərilməsi

Siz sifariş edin, biz çatdıraq. SÜRƏTLİTƏHLÜKƏSİZ!

Bağlamaların xaricə göndərilməsi

27-11-2019


Vipex.az  bağlamaların xaricə çatdırılmasını necə həyata keçirir?  

Cari dövrdə onlayn alış-verişlərin üstünlüyünü, vaxta və büdcəyə qənaətinin hər kəs tərəfindən mənimsənildiyini bilirik. Xaricdən məhsulları Azərbaycanaçatdırılması ilə yanaşı Azərbaycandan xaricə bağlamalar da çatdırılır. Kargo şirkətimiz tərəfindən çatdırılma üçün əlverişli xidmət və qiymətlər təklif edir.Bizim şirkətimiz öz müştərilərinə məhsulun hər  hərəkətinə, hansı məntəqəyə yola salındığına və hansı mərhələlər üzrə logistik qərarlardan istifadə etməsi məqsədilə çatdırılmaların kompleks zəncirinin idarə edilməsi üzrə xidmətlər təklif edir. Biz hər zaman olduğu kimi alınan bütün bağlamalalarda qeyd etdiyimiz müddətin düzgünlüyünə riayət edib, tamlığına və sizin göndərmələrinizin məxfiliyini qorumağa zəmanət veririk.

 Vipex.az kargo şirkətinə təhvil verdiyiniz andan xaricdəki məntəqəyə çatacağı ana qədər məntəqələr üzrə istiqamətini izləyə  bilərsiniz.  Bunun üçün saytımızda bağlamaların çatdırılması statusuna profilinizdən baxa bilərsiniz. Bundan əlavə təkliflərinizi, iradlarınızı saytda verilən məlumatlar əsasında bizə bildirə bilərsiniz.

 MDB ölkələrinə, Avropaya, ABŞ və digər ölkələrə bağlamalarınızın səmərəli  və operativ üsullarla tez bir zamanda çatdırılması kargo şirkətimizin üstünlüklərindədir. 

Qeyd:  İstənilən məhsul və qeyri-məhsulların  xaricə göndərilməsi baş tutsa da, meyvə-tərəvəz kimi qidaların xaricə çatdırılmasına icazə yoxdur.

Azərbaycandan xaricə bağlamaların çatdırılması 2 daşınma növündən biri ilə həyata keçirilir.



 Hava nəqliyyatının üstünlükləri.

1.      Bağlamaların maksimal tez  müddətdə çatdırılması.

2.      Çətinliklə gedilə bilən yerlərə məhsulların problemsiz daşınması.

3.      Çox yüksək etibarlılıq.

4.      İstənilən məsafələrə məhsulların göndərilməsi.

5.      Daşınmanın ən qısa marşrutu olması.


 Quru nəqliyyatının üstünlüyü.

1.      Xaricə daşınmalar olduğu kimi ölkə daxili çatdırılmalar da mövcuddur. Bu çatdırılma üçün quru nəqliyyatı ən məqsədə uyğundur.

2.      Təhlükəsizlik isə quru nəqliyyatının üstünlüyüdür. Kargo şirkətimiz göndərilən bağlamaların etibarlılığına zəmanət verdiyi üçün məhsulların zədə alma ehtimalı ümumiyyətlə yol nəqliyyatında daha azdır. Çünki yol məsafəsi qısa, çatdırılması isə tez bir zamanda baş verir.


Quru nəqliyyatda daşınma xərcləri aşağı, çatdırılma müddəti isə çoxdur. 


Vipex.az-da hava nəqliyyatında daşınan xarici bağlamaların çəkilərinə müvafiq olaraq məbləğlər müəyyən edilmişdir. 



Siz yüksək çəkili bağlamalarınızı Vipex.az ilə istədiyiniz ölkələrə göndərə bilərsiniz. Müəyyən olunan çəkilərə nəzərən zonalar və qiymət cədvəlləri qeyd olunub. Elektron poçt və əlaqə telefonlarımız vasitəsilə yüksək miqdarda olan  bağlamaların çatdırılması bağlı ətraflı məlumat ala bilərsiniz. 


Qeyri-sənədlər üçün toplam məbləğə 10 ABŞ dolları əlavə edilir.

Qeyd edilən məbləğlərə fuel charges 9% əlavə olunur.

Qiymətlər ABŞ dolları ilə göstərilməsinə nəzərən ödəniş AZN ilə qəbul olunur və ƏDV daxil deyil.