Xəbərlər
Əsas / Xəbərlər

Sığorta olunan məhsullar xarici anbara daxil olduqdan sonra əməkdaşlar tərəfindən yoxlanılır və məhsullar sifarişçinin istədiyi parametrlərə uyğun olub olmaması təyin olunur.

Daşıyıcının məsuliyyətləri

1. Daşıyıcı sığortalanmış məhsulların tamlığına, rənginə , sayına və ölçü uyğunluğlarına vizual baxış keçirməlidir.

2. Sığorta olunan məhsul xarici anbara çatmadan məhsuldan imtina edilərsə, dashıyıcı sığorta haqqı üçün aldığı dəyəri müştəriyə qaytarır.

3. Daşıyıcı “xarici” anbara daxil olmuş sığorta olunan məhsulları yalnız qüsurlu olduğu təqdirdə geri qaytarır.

4. Sığorta haqqı, sığorta olunan bağlamanın ümumi dəyərinə əsasən hesablanır .

5. Daşıyıcı Elektronik cihazlar və onlara bənzər məhsullara yalnız vizual olaraq yoxlayır və Cihazın sazlığına daşıyıcı şirkət cavabdehlik daşımır.

6. İstifadə olunmuş məhsullar sığortalanmır.

7. Qırılma ehtimalı yüksək olan mehsullar sığortalanmır. (qab, qacaq və s.)

8. Beyannamə üzrə siğortalanmış məhsullarda çatdırılma haqqı qaytarılır və satıcı şirkətə göndərilməsi daşıyıcı tərəfindən təmin edir.

9. Baxış keçirilən bağlama daşıyıcının cavabdehlik daşıdığı hər hansı parametr üzrə uyğun gəlməzsə, sığorta olunmuş məhsulların dəyəri (link üzrə sifariş edilmiş məhsullara şamil edilir) və çatdırılma haqqı müştərinin balansına qaytarılır.

Sifarişçinin məsuliyyətləri

1. Sığorta olunan məhsulların sığorta haqqı məhsullar təhvil alınmadan öncə ödəyir .

2. Sığorta olunmuş məhsul çatıb statusu aldıqdan sonra müştəri ən gec 1 iş günü ərzində məhsulu təhvil alaraq ofis daxilində baxış keçirməlidir.

3. Bağlama yalnız xarici anbara daxil olmadan Sigortalana bilər və bağlama sistem üzrə seçməlidir.

Sığorta haqqı tarifləri aşağıdakı kimidir :

(0-100 TL) 1 USD

(100-300 TL) 2 USD

(300-500 TL) 3 USD

(500 TL+) 5 USD